Putinə müxalif olan iş adamının meyiti Londonda tapıldı

Putinə müxalif olan iş adamının meyiti Londonda tapıldı

Rus müxalif iş adamı Nikolay Qluşkovun meyiti Londondakı evinin yaxınlığında tapılıb. “Ölkə.Az” xəbər verir ki, Qluşkov 1990-cı illərdə Rusiya dövlətinə məxsus “Aeroflot” hava şirkətinin və yaxın dostu müxalif oliqarx Boris Berezovskiyə məxsus “LogoVAZ” avtomobil şirkətinin baş direktoru olub.

London Polis İdarəsinin məlumatına görə 60 yaşlı kişi meyiti Nyu-Maldendəki mənzilində tapılıb. Amma rəsmi olaraq meyitin şəxsiyyəti müəyyənləşdirilməyib. Ailəsinə xəbər verilib. Ölümün səbəbləri açıqlanmayıb.

Dostları isə meyitin Qluşkov olduğunu bildiriblər. Qluşkov 1999-cu ildə Rusiyada çirkli pulların yuyulması və digər cinayətlərə görə 5 il müddətinə azadlıqdan məhrum edilib. 2006-cı ildə isə başqa cinahət ittihamına görə verilən cəzanın ləğv edilməsindən sonra İngiltərədən sığınacaq alıb. Putinə müxalif iş adamlarından sayılırdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
907 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...