“Siqnalizasiya söndürülüb, qapılar bağlanıb” - Dəhşətli yanğınla bağlı ŞOK AÇIQLAMA

“Siqnalizasiya söndürülüb, qapılar bağlanıb” -

Rusiyanın Kemerevo şəhərindəki “Qış albalısı” ticarət mərkəzində baş verən dəhşətli yanğınla bağlı saxlanılanlardan biri ilkin dindirmədə şok açıqlama verib.

Rusiya KİV-inin məlumatına görə, mərkəzdəki yanğın əleyhinə qurğulara cavabdehlik daşıyan “Sistemnıy inteqrator” şirkətinin sahibi İqor Polizninenko istintaq komitəsinin müstəntiqlərinə bildirib ki, hadisədən bir neçə saat əvvəl yanğın siqnalizasiyasının texniki vəziyyəti yoxlanılıb. O, bununla bağlı texniki arayışı istintaqçılara təqdim edib. Polizninenko bildirib ki, baş verən faciədə insan faktoru var: “Çünki kimsə siqnalizasiyanı söndürüb. Özü də qəsdən. Bundan əlavə, ticarət mərkəzində üç kinoteatr fəaliyyət göstərir. Həmin kinoteatrlar isə faciə baş verən günü ağzınacan dolu idi. Amma nəyə görəsə kimlərsə film başlayan kimi qapıları bağlamışdı. Özü də açarla” deyə o, bildirib.

Yeri gəlmişkən, ifadəsindən sonra o, sərbəst buraxılıb.(Lent.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
867 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...