Co Bayden ikinci dəfə peyvənd olundu

Co Bayden ikinci dəfə peyvənd olundu

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden koronavirus əleyhinə “Pfizer” vaksininin ikinci dozasını alıb.

“RİA Novosti” xəbər verir ki, Baydenə Nyuarkda, iqamətgahından on-on beş kilometr məsafədə yerləşən hospitalda iynə vurulub.

ABŞ-ın yeni prezidenti vaksinin ikinci dozasını bu gün yerli vaxtla saat 13:35-də (Bakı vaxtı ilə saat 22:35) alıb.

“Report” xatırladır ki, ABŞ-ın yeni prezidenti ötən ilin 22 dekabrında da peyvənd edilib. Peyvənd proseduru Delaver ştatında, Nyuarkdakı "ChristianaCare" klinikasında baş tutub. ABŞ-ın yeni rəhbərinə həmin gün də "Pfizer" şirkətinin istehsalı olan ilk vaksin vurulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
472 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...