Rusiya hərbi məhkəməsi 3 Krım tatarına həbs cəzası verdi

Rusiya hərbi məhkəməsi 3 Krım tatarına
Rusiya hərbi məhkəməsində 3 Krım tatarına hökm oxunub.

Unikal.org Ukrayna KİV-ə istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə həbs edilənlərə 18 il, 17 il və 13 il azadlıqdan məhrumetmə cəzaları verilib. Həbs olunanlar terrorizmlə əlaqələndirilirlər. Müttəhimlər Krımda saxlanılsa da, məhkəmə Rostovda keçirilib.

Ukrayna XİN məhkəmə qərarına reaksiya verib. Bildirilib ki, həbslər qanunsuzdur və ittihamlar əsassızdır. Qərarın dərhal ləğvi və həbs olunanların azad edilməsi tələb olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
486 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...