“Məmurlara münasib maaş verilməsə dövlət aparatı dağılacaq” Saakaşvili

 “Məmurlara münasib maaş verilməsə dövlət aparatı dağılacaq”


Ukraynada məmurlara münasib maaşların verilməsinə başlanmasa, dövlət aparatı yaxın aylar ərzində dağılacaq. APA-nın məlumatına görə, bunu Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili “112 Ukrayna” telekanalına müsahibəsində bəyan edib. Onun sözlərinə görə, Ukraynada dövlət aparatı demək olar ki, dağılıb: “O, artıq nüfuzunu itirib. Hətta artıq oğurlaya da bilmir. Büdcə pulları əvvəlcədən, büdcəyə daxil olmadan oğurlanır”, deyə M.Saakaşvili bildirib.

“Əgər yaxın 5-6 ərzində gömrükdə ciddi dəyişikliklər baş verməsə, “qara deşik”lər tutulmasa, vergilər azaldılmasa, vergi daxilolmaları artmasa dövlət aparatı dağılacaq. Özü də tam şəkildə. Bununla da hakimiyyət iflic vəziyyətinə düşəcək”, M.Saakaşvili əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1036 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...