“Suriyanın gələcəyində Əsədə yer yoxdur“

“Suriyanın gələcəyində Əsədə yer yoxdur“


Rəcəb Tayyib Ərdoğan: "Terrorçular arasında fərq qoyanlar çox böyük səhv edirlər"

"Biz terrorçular arasında fərq qoymuruq. Buna fərq qoyanlar çox böyük səhv edirlər". "Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan "Böyük -20"-liyin ("G-20") yekununa həsr edilən mətbuat konfransında vurğulayıb.

Türkiyə prezidenti deyib: "Biz İŞİD, "əl-Qaidə", Boko Haram, PKK, "DHKP-C" (İnqilabçı Xalq Qurtuluş Partiyası- Cəbhəsi - "Report") kimi terrorçulara qarşı mübarizəmizi davam etdirəcəyik"

O qeyd edib ki, "G-20" beynəlxalq terrorçuluğa qarşı mübarizəni davam etdirməyə hazırdır. "Suriyanın gələcəyində Bəşşar Əsədə yer yoxdur"- deyən Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu ölkədə münaqişənin həlli iştirakçı dövlətlərin razılaşdırdığı bəyannaməsiz mümkün deyil. O, Suriyadakı münaqişənin həlli ilə bağlı Vyanda keçirilən toplantıları mühüm addım adlandırıb. Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, hazırda ölkəsində 2 milyon 200 min suriyalı və 300 min iraqlı qaçqın var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1088 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...