Putin qisasa başladı: Suriyaya kütləvi zərbələr endirilir

Putin qisasa başladı:


Rusiya qanadlı raketlərdən və uzaqmənzilli bombardmançı təyyarələrdən istifadə etməklə Suriyadakı hədəflərə çoxsaylı zərbələr endirib. Virtualaz.org saytı “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasının nümayəndəsi bildirib.
Bu, Rusiyanın Suriya əməliyyatlarında uzaqmənzilli bombardmançıları tətbiq etməsinə dair ilk belə faktdır.


Agentlik əlavə edir ki, rəsmi Moskva bundan əvvəl Ağ Evlə yalnız raket hücumları barədə razılığa gəlmişdi. Bu zaman Suriya üzərindən uçuşların təhlükəsizliyinə dair hazırda qüvvədə olan sazişə istinad olunurdu. Bundan əvvəl “Le Monde” qəzeti xəbər vermişdi ki, Rusiya noyabrın 17-nə keçən gecə İŞİD-in paytaxtı sayılan Raqqa şəhərindəki hədəflərə qanadlı raketlərlə zərbələr endirmişdi. Qəzet raketlərin Aralıq dənizi istiqamətindən atıldığını yazırdı.

Rusiya İŞİD bazalarını bundan əvvəl - oktyabrın 7-də də qanadlı raketlərlə vurmuşdu. “Kalibr” kompleksinə aid 3M14 raketləri Xəzər donanmasının hərbi gəmilərindən buraxılmışdı. 26 raket İran və İraq əraziləri üzərindən keçməklə hədəfə dəymişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1210 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...