“Türkiyəyə böyük ehtiyacımız var” Merkel

“Türkiyəyə böyük ehtiyacımız var”


“Avropaya gələn miqrant axının qarşısını almaq üçün beynəlxalq səviyyədə müzakirələr aparılmalıdır. Bu məsələ ilə bağlı Almaniyanın Türkiyə ilə razılaşmaya böyük ehtiyacı var”

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu sözləri Almaniya kansleri Angele Merkel sədri olduğu Xristian Demokratik Birlik Partiyasının Münhendə təşkil olunan toplantısında çıxışı zamanı bildirib.

Miqrant böhranının Avropa Birliyi zərər çəkmədən həllinə tərəfdar olduğunu vurğulayan A.Merkel miqrantların sayının azaldılması üçün ittifaqın xarici sərhədlərinin güclü şəkildə qorunmasının vacibliyini bildirib: “Bizim Türkiyə ilə razılığa böyük ehtiyacımız var. Yaxı olar ki, miqrant axının qarşısı Türkiyə ilə Yunanıstan arasındakı sərhəddə alınsın”. A.Merkel miqrant problemini yaradan səbəblərin araşdırılması ilə bağlı Vyanada görüşlər keçirildiyini söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1114 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...