İŞİD qərar verdi - kişilər sırğa taxa bilər

İŞİD qərar verdi -


Keçirilən əməliyyatlar qarşısında çıxılmaz vəziyyətə düşən İŞİD terror qruplaşması xaricdə olan silahlılarının geyim nizamnaməsində dəyişiklik edib. ANS PRESS-in məlumatına görə, terror qruplaşmasının rəhbərliyi üzvlərinin tamamilə kamuflaj olması üçün bəzi güzəştlər edib. Belə ki, yeni nizamnaməyə görə terrorçuların sırğa taxmasına, saçlarını uzatmasına, xarici musiqilərə qulaq asmasına, əllərində moda, kino, səyahət və s. bu kimi nəşrlərlə dolaşmasına, həmçinin mövsüm şərtləri nəzərə alınaraq idman stilində geyinməsinə icazə verilib.

Bundan başqa terrorçulara, diqqəti cəlb etməmək və şübhə yaratmamaq üçün əyləncə mərkəzlərinə girib-çıxmaq izni verildi. Nizamnamənin qondarma xəlifə Əbu Bəkr Bağdadiyə yaxın şəxslər tərəfindən hazırlandığı bildirilir.

Noyabrın 13-də İŞİD terror qruplaşmasının Fransanın paytaxtı Parisdə 132 nəfərin ölümü ilə nəticələnən terakt törətməsindən sonra əksər dünya ölkələri bu qruplaşmaya qarşı intensiv əməliyyatlara başlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1117 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...