Semyon Peqov Moldovada saxlanılıb

  Semyon Peqov Moldovada saxlanılıb

“WarGonzo” layihəsinin müəllifi, jurnalist Semyon Peqov Moldova xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Artem Turov öz “Telegram” kanalında məlumat yayıb.


Turov yazıb ki, Peqov Kişinyovdan Moskvaya uçmaq istəyərkən Moldova Respublikasının İnformasiya və Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

Xüsusi xidmət orqanlarının əməkdaşları Peqovun üzərində axtarış aparıb, onun telefonlarına, noutbukuna və digər avadanlıqlarına baxış keçiriblər. Eyni zamanda, onu Ukrayna təhlükəsizlik qüvvələrinə təhvil verəcəklərini bildiriblər.

Turov bildirib ki, sonradan Peqov sərbəst buraxılıb.

Xatırladaq ki, müharibə zamanı cəbhədən təxribat xarakterli məlumatlar yayan Semyon Peqovla bağlı Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214.2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
927 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...