ABŞ Senatı Rusiyanı “terrorun sponsoru” elan etməklə hədələyib

 ABŞ Senatı Rusiyanı “terrorun sponsoru” elan etməklə hədələyib

ABŞ senatorları Ukraynaya hücum olacağı təqdirdə Rusiyanın “terrorun sponsoru” elan edilməsini təklif ediblər.
Bir qrup senator Bayden administrasiyasını Rusiyanın Ukraynaya mümkün “işğal”ı qarşısında fəaliyyətsizlikdə ittiham edib. Onlar Kiyevə 450 milyon dollarlıq hərbi yardım göstərməyi, həmçinin “Şimal axını-2”yə qarşı sanksiyalar tətbiq etməyi təklif ediblər.

Gundeminfo.az xəbər verir ki, bu barədə "RBK" kanalı məlumat yayıb.

Doqquz amerikalı senatordan ibarət qrup 2022-ci ildə Kiyevə 450 milyon dollar dəyərində hərbi yardım göstərməyi və Ukraynaya qoşun yeridəcəyi təqdirdə Rusiyanın “terrorun sponsoru” statusunu təmin etməyi təklif edib. Bu barədə Senatın Xarici Əlaqələr Komitəsinin saytında dərc edilmiş bəyanatda deyilir.

Respublikaçı senator Cim Riş deyib: “Ukraynanın növbəti dəfə sərhədə yaxın rus qoşunlarının toplanması və işğal təhlükəsi ilə üzləşdiyi bir şəraitdə ABŞ Rusiyanı cilovlamaq və Ukraynaya özünü müdafiə etmək üçün lazım olan təchizat və dəstək vermək üçün əlindən gələni etməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
959 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...