Şri-Lanka İranın neft borcunu çayla ödəyəcək

Şri-Lanka İranın neft borcunu çayla ödəyəcək
Şri-Lanka hökuməti 251 milyon dollar borcunu ödəmək üçün İrana hər ay 5 milyon dollar dəyərində Seylon çayı göndərəcəyini açıqlayıb.

Gundeminfo.az “Sözcü”yə istinadla xəbər verir ki, Şri-Lankanın hökumətinin nümayəndəsi borcun çayla ödənilməsinin İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyaları pozmayacağını bildirib.

Bundan əlavə, İran Ticarətə Dəstək Təşkilatının prezidenti Əlirıza Peymanpak da məsələ ilə bağlı açıqlama verib:

"Biz son danışıqlarda Şri-Lankada istehsal olunan çayın İrana olan borc və faizləri ödəmək üçün göndərilməyi ilə bağlı yazılı razılığa gəldik".

Qeyd edək ki, Şri-Lankanın ən mühüm ixrac məhsullarından biri olan çay ilk dəfə olaraq xarici borcun ödənilməsi üçün istifadə olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1065 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...