Qazaxıstanda "terrorçu" kimi saxlanılan qırğız musiqiçi azad edilib – KİV

Qazaxıstanda "terrorçu" kimi saxlanılan qırğız musiqiçi azad edilib –

Son günlərdə Qazaxıstan ərazisində beş Qırğızıstan vətəndaşı saxlanılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Qırğızıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bu məsələ ilə bağlı Qazaxıstan tərəfi ilə müvafiq işlər aparılır.

Qırğızıstanın güc strukturlarındakı mənbə isə “TASS”a bildirib ki, iğtişaşlarda iştirakda şübhəli bilinərək Qazaxıstan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan Qırğızıstan vətəndaşı Vikram Ruzaxunov həbsdən azad edilib.

Qeyd edək ki, ötən gün musiqiçinin "xaricdən maliyyələşən terrorçu" kimi saxlanılması xəbəri yayılıb. Bildirilib ki, guya bəzi şəxslər yanvarın 1-də Qırğızıstan vətəndaşına zəng edərək 200 dollara aksiyada iştirak etməyi təklif ediblər. Onun saxlanması Qırğızıstanın sosial şəbəkələrində mənfi reaksiyaya səbəb olub, istifadəçilər qazaxıstanlılar üçün humanitar yardımın yığılmasını dayandırmağı və sülhməramlıları geri qaytarmağı tələb ediblər. Paytaxt Bişkekdə Qazaxıstan səfirliyi yaxınlığında musiqiçinin azad edilməsi tələbi ilə aksiya keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
602 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...