BMT mavi dəbilqədən istifadəyə görə Qazaxıstana etiraz edib

BMT mavi dəbilqədən istifadəyə görə Qazaxıstana etiraz edib
BMT simvolikasının istifadəyə yalnız BMT Təhlükəsizlik Şurasının təsdiqlədiyi və təşkilatın sülhməramlı mandatının icrasını nəzərdə tutan əməliyyatlar zamanı yol verilə bilər.

APA BMT-nin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat katibi Stefan Dyujarrik Qazaxıstandakı hadisələr zamanı BMT simvolikası olan mavi dəbilqəli hərbçilərin görüntülərini şərh edərkən bildirib.

O, BMT simvolikasının istifadə olunması ilə bağlı Qazaxıstanın BMT-dəki daimi nümayəndəliyinə müraciət etdiklərini və məsələnin yoluna qoyulduğunu əlavə edib.

Xatırladaq ki, Qazaxıstandakı hadisələr zamanı britaniyalı fotojurnalist Ceyk Harnahan BMT simvolikası olan hərbçilərin fotolarını çəkmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
680 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...