Kriminal avtoritet Gürcüstan prezidentini məhkəməyə verdi
Kriminal avtoritet Kaxa Şuşanaşvili Gürcüstan prezidenti Salome Zurabişvilini məhkəməyə verib.
Yeniavaz.com “Rustavi 2” telekanalına istinadən xəbər verir ki, bunu Şuşanaşvilinin qızı da təsdiqləyib.
Buna səbəb isə Gürcüstan pasportudur. Fransada ömürlük həbs cəzasına məhkum edilmiş "qanuni oğru" Salome Zurabişvilidən onun Gürcüstan vətəndaşlığını geri qaytarmağı tələb edir.
Gürcüstan Ədliyyə Nazirliyinin Xidmətin İnkişafı Agentliyi və Prezident Administrasiyası Kaxa Şuşanaşvilinin ittihamlarına cavab verməyib.
Bildirilir ki, proses məhkəmə icraatındadır. Kriminal aləm nümayəndəsinə ölkə vətəndaşlığının qaytarılıb-qaytarılmaması ilə bağlı yekun qərarı məhkəmə verəcək.
Qeyd edək ki, Şuşanaşvili 12 ildir ki, Marsel həbsxanasındadır və son illər onun səhhəti pisləşib. Fransa məhkəməsi onu 2010-cu ildə qanuni oğru Vladimir Canaşiyanın sifarişli qətlində təqsirli bilib. O, Gürcüstana ekstradisiya tələb edir, lakin bunun üçün ona vətəndaşlıq lazımdır.
670 dəfə oxundu