Almaniya Ukraynaya kömək etməkdən qorxmasının səbəbini açıqladı

Almaniya Ukraynaya kömək etməkdən qorxmasının səbəbini açıqladı
Rusiyanın müstəqil Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsində Almaniyanın əlindən gələn köməyi etməməkdə məqsədi üçüncü dünya müharibəsinin başlamasına səbəb olmamaqdır.

Bu barədə Almaniyanın iqtisadiyyat naziri Robert Habek deyib.

Nazirin sözlərinə görə, Almaniyanın Ukraynaya maksimum yardımı onun Rusiya Federasiyasına qarşı müharibəyə girməsi demək olardı, bu isə üçüncü dünya müharibəsinə gətirəcək eskalasiya təhlükəsi yaradar.

“Biz mümkün olan hər şeyi etmirik... Müharibənin iştirakçısı olmaq istəmirik və olmamalıyıq da. Təkcə döyüş meydanında öləcək əsgərlərimizin həyatından qorxduğumuz üçün deyil, həm də ona görə ki, qlobal müharibə yolunu biz çəkmiş olarıq”, - deyə Xabek izah edib.

Qeyd edək ki, Almaniyanın “Welt” nəşri kansleri Olaf Scholsun ​​NATO müttəfiqləri ilə əldə etdiyi razılaşmalara istinad edərək Ukraynaya tanklar və zirehli transportyorlar kimi ağır silahlar verməkdən imtina etdiyini bildirən sənədləri dərc edib.

Mənbə: Bild



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
705 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...