Gürcüstanda Azərbaycanla sərhəddə iki zəlzələ olub

Gürcüstanda Azərbaycanla sərhəddə iki zəlzələ olub
Gürcüstanda Azərbaycanla sərhəd yaxınlığında iki zəlzələ baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

İlk yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 03:48-də qeydə alınıb, maqnitudası 4,3 bal təşkil edib.

Saat 10:39-da eyni ərazidə baş vermiş növbəti zəlzələnin gücü isə 4 bal olub.

Dağıntı və xəsarət barədə hələlik məlumat yoxdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
745 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...