Rusiya və Türkiyə S-400 raketləri ilə bağlı müqavilə imzaladı

Rusiya və Türkiyə S-400 raketləri ilə bağlı müqavilə imzaladı
Türkiyə ilə S-400 zenit-raket komplekslərinin ikinci alayının tədarükünə dair müqavilə imzalanıb, sənəd sistemin ayrı-ayrı komponentlərinin istehsalının lokallaşdırılmasını nəzərdə tutur.
Yeniavaz.com xəbər verir ki, bunu TASS-a Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev “Ordu-2022” beynəlxalq forumunda deyib.
“Qeyd etmək istərdim ki, artıq müvafiq müqavilə sənədi imzalanıb və o, sistemin ayrı-ayrı komponentlərinin istehsalının lokallaşdırılmasını nəzərdə tutur. S-400 Triumf hava hücumundan müdafiə sistemi unikal sistemdir. Və tam əminliklə deyə bilərəm ki, hər hansı dövlətin yaxın illərdə öz performans xüsusiyyətlərinə görə S-400 Triumf hava hücumundan müdafiə sisteminə yaxınlaşa biləcək bir sistem yaradacağına inanmağa heç bir əsas yoxdur”, - o bildirib.
Şuqayev onu da qeyd edib ki, hazırda bu müqavilənin praktiki icrası davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
645 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...