"Rusiya Ukraynaya daha 350 minədək hərbçi göndərə bilər" - Baş Kəşfiyyat İdarəsi
"Rusiya Ukraynada davam edən müharibəyə 350 minədək hərbçi göndərə bilər".
"Report" UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski "Ukraynanın hərbi televiziyası"na müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya çoxsaylı canlı qüvvə itkisinə, aktiv orduya cəlb olunma məsələsində mövcud problemlərə baxmayaraq bu addımı ata bilər.
V.Skibitski vurğulayıb ki, Rusiya ordusunda bir çox bölmələr həm federasiya ərazisində, həm də xaricdə yalnız obyektlərin mühafizəsi və müdafiəsini həyata keçirir:
"Bundan başqa, Rusiyanın Suriyada güclü kontingenti var. Federasiyanın bu ölkə ərazisində geniş hərbi baza şəbəkələri mövcuddur. Buraya Ermənistan, Tacikistandakı hərbi bazaları, eləcə də Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən sülhməramlıları və Qazaxıstandakı kontingenti daxildir".
Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi həmçinin qeyd edib ki, Rusiyanın keçmiş Sovet İttifaqı ərazisində geniş hərbi bazalar şəbəkəsi var.
608 dəfə oxundu