2 İş adamından XƏBƏRDARLIQ - “İran od tutub yanır...” - VİDEO

“İran od tutub yanır, bunu bilmirsinizsə, bilin! Əgər sabah küçədə insanlar fəryad etsələr, bu, artıq nə ideologiya, nə də məzhəb üçün olmayacaq”.

Bizim.Media “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, bu barədə tanınmış xeyriyyəçi və iş adamı Əlirza Nəbi ölkədəki ağır iqtisadi durumla bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, əhali küçələrə axışarsa, bu yalnız yoxsulluq ucbatından baş verəcək:

“Ölkədə yoxsulların sayı artarsa, hökumət rəsmiləri təhlükəsiz olmayacaqlar. Odur ki, təcili tədbirlər görün, ona görə yox ki, qayğıkeş insanlarsınız və qarşı tərəf sizi mükafatlandıracaq. Evlərinizdən rahat çölə çıxa biləsiniz deyə. Mağazadan alış-veriş edib qayıda biləsiniz deyə. Övladınızın sağ-salamat məktəbə gedib qayıtmasını istəyirsinizsə, ac övladını doyurmaq üçün əlindən gələni edən anaya yardım edin. Çünki artıq o, son dərəcə təhlükəli insan sayılır”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
655 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...