Çin rəhbəri son illərdə ilk dəfə ölkəsini tərk edəcək

Çin rəhbəri son illərdə ilk dəfə ölkəsini tərk edəcək

Çinin dövlət başçısı Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Özbəkistanda keçiriləcək sammitinə iştirak edəcək.

O, tədbir çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Bu, Çin liderinin iki ildən artıq müddətdə ilk xaricə səfəri olacaq. O, xeyli müddətdir ki, koronavirus pandemiyası səbəbindən ölkəsinin sərhədlərini tərk etmir.

Qeyd edək ki, sammit 15-16 sentyabr tarixlərində Səmərqənddə keçiriləcək.

Mənbə: mk.ru



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
509 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...