Makron Putini Ukraynada müharibəsini dayandırmağa çağırıb

Makron Putini Ukraynada müharibəsini dayandırmağa çağırıb
Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə telefon danışığında rəsmi Moskvanın Ukraynadakı müharibəni dayandırması və danışıqlara başlaması barədə danışıb.

"Report" xəbər verir ki, bu barədə Yelisey Sarayından bildirilib.

"Bu münasibətlə (telefon danışığında - red), dövlət başçısı danışıqların başlaya bilməsi üçün onun (Rusiya Federasiyasının apardığı müharibənin ) mümkün qədər tez dayandırılması tələbini xatırladıb...", - rəsmi məlumatda deyilir.

Prezident Dəftərxanasının iki lider arasında bazar günü aparılan telefon danışığından sonra yaydığı kommünikeyə görə, Makron Rusiya Prezidentinə Zaporojye Atom Elektrik Stansiyasının təhlükəsizliyi ilə bağlı narahatlığını da bildirib.

Yelisey Sarayından verilən məlumata görə, Makron İstanbul taxıl müqaviləsi mövzusunu da qaldırıb və “müqavilə çərçivəsində ixrac edilən taxılın həqiqətən ona ən çox ehtiyacı olanlara getməsini” təminatına çağırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
550 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...