Suriyada vəbaya yoluxanların sayı 426-ya çatıb

Suriyada vəbaya yoluxanların sayı 426-ya çatıb
Suriyada vəba vibrionunun yaratdığı kəskin bağırsaq infeksiyasına 426 yoluxma halı aşkarlanıb.

“Report” SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ən çox yoluxma halı ölkənin şimalında - Hələbdə qeydə alınıb - 260. Orada 28 vətəndaş vəbadan ölüb. Ümumilikdə ölkədə 33 ölüm qeydə alınıb.

Xatırladaq ki, BMT-nin Suriya üzrə humanitar koordinatoru İmran Rza daha əvvəl bildirmişdi ki, vəba xəstəliyinin yayılmasına səbəb isti yay dövründə təhlükəli mənbələrdən, xüsusən də Fərat çayı və suvarma kanallarından sudan istifadə edilməsidir.

Qeyd edək ki, ÜST-ün məlumatına görə, dünyada hər il 1,3 milyondan 4 milyona qədər vəba hadisəsi qeydə alınır, ölənlərin sayı on minlərlədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
569 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...