"Ukraynadakı "referendum"un nəticəsini tanımayacağıq" Türkiyə XİN başçısı

"Ukraynadakı "referendum"un nəticəsini tanımayacağıq"
“Biz Ukraynadakı "referendum"la bağlı açıqlama vermişik. Krımın qeyri-qanuni ilhaqını tanımadığımız kimi, "referendum"un nəticələrini tanımayacağıq”.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, rəsmi Ankaranın balanslı siyasət yürütdüyünü söyləyib: “Rusiya ilə münasibətlərimiz yaxşıdır. Amma mövqeyimizi açıq bildiririk”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də Donetsk, Luqansk, Zaporojye və Xersonda “referendum” keçiriləcəyini bildirmişdi. Sentyabrın 23-dən 27-dək həmin ərazilərdə “səsvermə” təşkil olunub. Britaniya kəşfiyyatının məlumatına görə, sabah Putin səsvermənin nəticələri barədə parlamentdə çıxış edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
539 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...