ABŞ-ın vitse-prezidenti qəzaya düşüb: Şübhəli məqamlar var
ABŞ-ın vitse-prezidenti Kamala Harrisin korteji Vaşinqtonun mərkəzində qəzaya düşüb.
Hadisə bazar ertəsi, oktyabrın 3-də baş versə də, onun təfərrüatı barədə yalnız indi açıqlama verilib.
Harrislə məxfi xidmət agentinin olduğu avtomobil şəhərin mərkəzində bordyura çırpılıb. Adının açıqlanmasını istəməyən şəxslər bildiriblər ki, avtomobilin təkərinin dəyişdirilməsinə ehtiyac yaranıb və kortej dayanıb.
Vitse-prezident kortejin başqa maşınına əyləşdirilib. Agentlər onun təhlükəsiz şəkildə Ağ Evə çatdırılması üçün mümkün tədbirləri görüblər.
Baş verən qəza məxfi xidmət əməkdaşlarını təəccübləndirib. Çünki səfər gündəlik xarakter daşıyırdı, üstəlik prezidenti və vitse-prezidenti müşayiət edən agentlər yüksək hazırlıq səviyyəsinə malikdirlər. Eləcə də Kamala Harris belə bir qəzanın necə baş verə biləcəyi ilə bağlı şübhəyə düşüb.
Məxfi Xidmət hadisə ilə bağlı elektron məlumat ünvanlayıb və rəhbərliyi kortejin gecikməsi ilə bağlı rəsmi şəkildə xəbərdar edib. Lakin məlumatda hadisənin əsas detalları barədə açıqlama verməyib.
Rəhbərliyin bununla bağlı məlumatında bildirilib ki, məxfi xidmətin direktoru Kim Çitl digər agentlərdən hadisə barədə informasiya alıb. Lakin bu informasiya baş verənləri dəqiq şəkildə əks etdirməyib.
“Əslində Harrisin ətrafında olan digər məxfi xidmət agentləri, həmçinin Ağ Ev və Harris özü də bilirdilər ki, sürücü, həqiqətən, tunelin yan divarına çırpılıb. Vitse-prezidentin sözçüsü bildirib ki, Harris onun təhlükəsizliyinin qorunmasına görə etdiyi hər şeyə görə Məxfi Xidmətə minnətdarlığını ifadə edib”, - deyə məlumatda qeyd edilib.
Qəza nəticəsində Harris xəsarət almayıb. Tibb işçiləri əminlik üçün Ağ Evdə onu müayinə ediblər.
Mənbə: The Washington Post
616 dəfə oxundu