Daha bir milyarder Rusiya vətəndaşlığından imtina etdi

Daha bir milyarder Rusiya vətəndaşlığından imtina etdi
Milyarder Yuri Milner Twitter-də ailəsi ilə birlikdə 2022-ci ilin yayında Rusiya vətəndaşlığından imtina etdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, biznesmenin nümayəndəsi bu məlumatı “Forbes” jurnalına təsdiqləyib.

Yuri Milner 1999-cu ildə İsrail vətəndaşlığını alıb və bir neçə il bu ölkədə yaşayıb, bundan sonra ABŞ-a köçüb.

Forbes 2022-ci ildə Milnerin sərvətini 7,3 milyard dollar qiymətləndirib. İş adamı jurnalın tərtib etdiyi ən zəngin ruslar siyahısında 15-ci yeri tutub.

Milner Rusiya vətəndaşlığından imtina edən üçüncü iş adamıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
577 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...