Ukrayna bu əraziləri azad etsə, Rusiya üçün çətin olacaq

Ukrayna bu əraziləri azad etsə, Rusiya üçün çətin olacaq
Əgər Ukrayna ordusu Dnepr çayının bütün qərb sahilinə nəzarəti bərpa edərsə, o zaman rusların Ukraynanın cənub-qərbinə qurudan hücumları çox çətin olacaq. Nikolayevin, Odessanın və Ukraynanın bütün Qara dəniz sahillərinin müdafiə qabiliyyəti əsasən Qərbi Xersonun azad edilməsindən asılıdır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Dnepr çayı Ukraynanın ilk müdafiə xətti deyil, sonuncu olmalıdır. Çay keçidləri çox çətindir, lakin qoşunlar birbaşa burda hazırlıq görsələr, mühafizə olunan artilleriya mövqelərini yaratsalar, lazımi təchizatları toplasalar, keçidi asanlaşdırmaq olar. Xerson və Qərbi Zaporojye vilayətlərinin şərq hissəsindəki əsas ərazilərə gəldikdə, Enerqodardakı Zaporojye Atom Elektrik Stansiyasına görə təhlükəsizlik nəzərə alınmalıdır”, - məlumatda deyilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
547 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...