Ermənistan Hindistandan reaktiv yaylım atəşi sistemləri alacaq

Ermənistan Hindistandan reaktiv yaylım atəşi sistemləri alacaq
Hindistanın “Pinaka” reaktiv raket sisteminin istehsalçısı olan “Solar Group” şirkəti Ermənistandan sifariş alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin rəhbəri Satyanarayan Nuval “Asia News International”a müsahibəsində bildirib.

Şirkət direktorunun sözlərinə görə, raket sisteminin istismar müddəti və uçuş məsafəsi artıb və qiymət də təxminən eynidir. Nuval bildirib ki, Ermənistanla müqavilə iki il müddətinə imzalanacaq.

Qeyd edək ki, bundan əvvəl Hindistan artıq Ermənistana “Svathi” radarları verib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
717 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...