İran raket və dronları Krım və Belarus ərazisinə daşıyır - VİDEO

İran raket və dronları Krım və Belarus ərazisinə daşıyır -
Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gün Ukrayna Rusiya Silahlı Qüvvələri tərəfindən ölkə boyu hava hücumuna məruz qalıb.

Məlumata görə, ballistik raketlər və kamikadze dronları İran tərəfindən Krım və Belarus ərazisinə daşınaraq oradan da tədarük olunur. Ehtimal olunur ki, qarşıdakı günlərdə hücum daha da genişmiqyaslı xarakter alacaq.

O da qeyd edilib ki, Donbasda hərbi gərginliklə yanaşı, humanitar böhran da müşahidə olunur.

“Dünən Dneprdə elektrik stansiyasının yaxınlığı raket atəşinə tutulub. Son günlər əsas hədəf istilik təchizatı sistemləri, elektrik stansiyaları və zavodlardır”, - deyə jurnalist əlavə edib.

Ətraflı videonu təqdim edirik:




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
541 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...