Döyüşmək istəməyən ruslara atəş açmaq əmri verilib - Britaniya kəşfiyyatı

Döyüşmək istəməyən ruslara atəş açmaq əmri verilib -
Rusiya hərbçiləri öz rəhbərliyinin əmrlərini yerinə yetirmək istəmir. İşğalçıların geri çəkilməsinə icazə verilmir, cəbhədə onlara “mühafizə dəstələri” nəzarət edir, fərariləri isə güllələmək olar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının yeni hesabatında deyilib.
Bildirilib ki, fərariləri güllələmək taktikası hərbi hazırlığın aşağı səviyyəsini, rus qoşunlarının aşağı əhval-ruhiyyəsini və intizamsızlığını göstərir:
“Əsgərlərin aşağı əhval-ruhiyyəsi və döyüşmək istəməməsi səbəbindən, yəqin ki, rus qoşunları “maneə qoşunları” və ya “blokada birləşmələri”ni yerləşdirməyə başlayıblar. Bu bölmələr geri çəkilən rus əsgərləri güllələməklə hədələyir”.
Bundan əlavə, kəşfiyyat məlumatlarına görə, son vaxtlar rus generalları öz komandirlərindən döyüşmək istəməyənlərə qarşı silah istifadə etmələrini istəyiblər. Üstəlik, geri çəkilməmək barədə xəbərdarlıq edildikdən sonra fərarilərin öldürülməsinə icazə verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
718 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...