Donald Trampın tviter hesabı blokdan çıxarılıb

Donald Trampın tviter hesabı blokdan çıxarılıb
ABŞ-ın keçmiş prezidenti Donald Trampın tviter hesabı blokdan çıxarılıb. Bu, şənbə günü, noyabrın 19-da məlum olub.

"Report"un məlumatına görə, bu barədə "Twitter" şirkətinin yeni sahibi, sahibkar İlon Mask hesabların bərpasına dair sorğunun nəticələrinə əsasən qərar verib.

Sorğuda iştirak edən 15 milyon respondentin əksəriyyəti (51,8 %) bunun lehinə olub.

Donald Trampın özü də Maskın sorğusuna “heç yerə hazırlaşmadığını” bildirməklə reaksiya verib və özünün “Truth” sosial şəbəkəsini xüsusi adlandırıb.

Xatırladaq ki, “Twitter” 2021-ci ilin yanvarında Respublikaçı tərəfdarların Kapitoliyə hücumu fonunda Trampın hesabını bloklamışdı. Platformanın rəhbərliyi qərarını “zorakılığa daha da təhrik etmək riski” ilə əsaslandırıb. Həmçinin siyasətçinin səhifələri feysbuk, instaqram, “Snapchat” və “Twitch” sosial şəbəkələri tərəfindən bloklanıb.

Donald Trampın tviter hesabı blokdan çıxarılıb



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
585 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...