Bu gün “Tarqovı”da yanan məşhur restoran kimindir?

Bu gün “Tarqovı”da yanan məşhur restoran kimindir?
Bu gecə Paytaxtın mərkəzində yerləşən "Royals" restoranında partlayışla müşahidə olunan yanğın baş verib.
Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində (“Tarqovı”) yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 125 m² olan restoranın anbarının yanar konstruksiyaları 14 m² sahədə, 3 ədəd soyuducu, 1 otağında 3 ədəd televizor və tavanın taxta üzlüyü 50 m² sahədə yanıb.
Məlumat üçün bildirək ki, "Royals" restoranımda əsasən Hindistan mətbəxti təqdim olunur. Restoran "THE ROYALS HOSTEL AND RESTAURANT" MMC (VÖEN – 1404744881) adı ilə 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Restorana məxsus olan “royalsrestaurant.az” saytının sahibi Hindistan vətəndaşı olan Sani Dupardı(Sunny Dhupar). S. Dupar eyni zamanda Hindistanda fəaliyyət göstərən “JetsupHolidays” turizm şirkətinin rəhbəridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
494 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...