Deputat qadın tərəfdarlarına əxlaqsız təklif etdi

Deputat qadın tərəfdarlarına əxlaqsız təklif etdi

Finlandiya parlamentinin üzvü, “Əsl finlər” partiyasının lideri Toymi Kankaanniemi öz facebook səhifəsində xanım tərəfdarları ilə yazışarkən əcaib addım atıb.

Virtualaz.org saytı Qərb KİV-lərinə istinadən xəbər verir ki, deputat ona rəğbət bəsləyən xanımlara seks təklif edib.

Toymi Kankaanniemi partiyanın fəaliyyətində yaxından iştirak edən xanımlara seksual məzmunlu məlumat və mesajlar yollayıb, həmçinin onlara cinsi əlaqəyə girməyi təklif edib.

Xəbərdə o da qeyd olunur ki, fin deputat öz səhvini sonradan başa düşüb. Toymi Kankaanniemi deyib ki, “facebook çox pis dostdur”.

Toymi Kankaanniemi bu məsələ ətrafında yaranmış qalmaqala görə yeni hökumətin formalaşdırlmasına dair hazırda davam edən məsləhətləşmələrdən də kənarlaşdırılıb. Bundan başqa, bir çox deputat həmkarları onu açıq şəkildə tənqid edib.

Yada salaq ki, bundan əvvəl ABŞ Məxfi Xidmətinin yüksək rütbəli əməkdaşı qadınlara əxlaqsız təklif etdiyi üçün işdən qovulmuşdu.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1490 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...