Büdcədən pul alan partiyalara yeni tələb

Büdcədən pul alan partiyalara yeni tələb

Azərbaycanda siyasi partiyalardan auditor rəyi tələb olunacaq. Milli Məclisdən "Trend"-ə bildiriblər ki, bununla bağlı "Mühasibat uçotu haqqında" qanuna təklif olunan dəyişiklikdə siyasi partiyalar üçün maliyyə hesabatında auditor rəyi tələb olunacaq.

Qanunun 14.6-cı maddəsinə təklif olunan dəyişikliyə əsasən siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.

Qeyd edək ki, maddənin mövcud variantında auditor rəyi göstərilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1332 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...