"Filippindən, İngiltərədən Azərbaycana dayələr gətirirlər"

"Filippindən, İngiltərədən Azərbaycana dayələr gətirirlər"

“Bəzi imkanlı adamlar Filippindən, İngiltərədən və digər ölkələrdən dayələr gətirirlər. Hətta bəzi ailələrdə Azərbaycan dilində danışmaq da qadağan olunub”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə millət vəkili Tahir Rzayev söyləyib.

Millət vəkili deyib ki, həmin dayələr burada öz mədəniyyətlərini və dillərini təbliğ edirlər: “Hətta xaricdən gətirilən dayələr uşaqlara Azərbaycan dilində danışmağa qadağa qoyurlar. Bütün bunlar milli-mədəni dəyərlərimizə ziddir, təhlükəli tendensiyadır. Bunun qarşısının alınması üçün tədbirlər görülməlidir. Qanunvericilikdə də bu kimi halların qarşısının alınması nəzərdə tutulmalıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1246 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...