Azərbaycanda kafe, restoran və otellərə bitki yağı QADAĞASI
Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin bu barədə qərar çıxarıb
Azərbaycanda ictimai iaşə müəssisələrində (kafe, restoran, otel və s.) termiki oksidləşmə dərəcəsi 1%-i keçmiş frityur yağlarının istifadə olunması qadağan edilib. APA-nın məlumatına görə, bu, Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin qərarı ilə təsdiqlənən AZS 804-2015 “İctimai iaşə xidmətləri və əhaliyə realizasiya olunan kulinariya məhsulları. Ümumi texniki şərtlər” dövlət standartında ictimai iaşə məhsullarının (xörəklər, kulinariya məmulatları və kulinar yarımfabrikatları, çörək-bulka və unlu qənnadı məmulatlarının məcmusu) keyfiyyət və təhlükəsizliyinə ümumi tələblər sırasında yer alıb.
Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov APA-ya açıqlamasında bildirib ki, söhbət qızartma yeməklər hazırlanarkən bir neçə dəfə istifadə edilən bitki yağlarından gedir: “Əgər bitki yağlarında bir neçə dəfə tutaq ki, kartof qızardılarsa, o halda bitki yağları oksidləşir. Bu da sağlamlıq üçün ziyanlıdır. Ona görə də oksidləşmə dərəcəsi 1%-i keçmiş frityur yağlarının istifadə olunmasına qadağa qoyulması təqdir edilməlidir”.
1353 dəfə oxundu