“Köçəri”nin erməniləşdiriləməsi cəhdi ilə bağlı açıqlama

“Köçəri”nin erməniləşdiriləməsi cəhdi ilə bağlı açıqlama

Azərbaycanın Müəllif Hüquqları Agentliyi Ermənistanın mədəniyyət naziri tərəfindən Azərbaycanın qədim milli rəqslərindən olan “Köçəri”nin erməni milli dəyəri kimi qeyri-maddi irs siyahısına daxil edilməsi üçün UNESCO qarşısında məsələ qaldırılması ilə bağlı açıqlama yayıb.

APA-nın Müəllif Hüquqları Agentliyinin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanır, mənimsənilir və erməni nümunələri kimi təqdim olunur. Bildirilib ki, ermənilər Azərbaycanın “Sarı gəlin”, “Süsən sünbül” və onlarca digər xalq mahnısını, “Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), hətta məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməyə cəhdlər göstərirlər.

Azərbaycanın qədim milli rəqslərindən olan “Köçəri”nin ermənilər tərəfindən özününküləşdirilməsi onların ilk cəhdi deyil. Belə cəhdlərdən biri kimi "Eurovision-2011" mahnı müsabiqəsinin final yarışmasını misal göstərmək olar. O zaman “Köçəri” rəqsini Ermənistan təmsilçisi erməni nümunəsi kimi təqdim etməyə çalışmışdı. Fakt ortaya çıxan kimi Müəllif Hüquqları Agentliyi dərhal araşdırmalara başlayıb, “Köçəri” rəqsinin Azərbaycan xalqına məxsus olması barədə agentlik tərəfindən geniş, tarixi əsaslara söykənən və “Köçəri” sözünün etimologiyasını açıqlayan arayış hazırlanıb kütləvi informasiya vasitələrində yayılıb və bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərilib.


“Köçəri” sözünün etimologiyasına gəldikdə, qeyd edək ki, Mahmud Kaşğarinin məşhur “Divani lüğət” kitabında “köçəri” sözü aşağıdakı mənalarda verilib: koç-qoç, yəni erkək qoyun; köçmək, yəni bir yerdən, yaxud bir evdən başqa yerə getmək.

“Köçəri” rəqsi Azərbaycanda çox məşhur olan qədim “Yallı” rəqsinin bir növüdür, hətta Azərbaycanın ən qədim tarixi daş abidələrindən sayılan və eramızdan əvvəl 12-8-ci minillikləri əhatə edən Mezolit dövrünə aid Qobustan qayalarının üzərində də “Yallı” rəqsinin təsvirləri verilib.

Erməni musiqi plagiatı pirat diskləri vasitəsilə yayılaraq MDB hüdudlarını çoxdan aşıb. Misal üçün, ABŞ-ın Los-Anceles şəhərində “Parseqyan-Rekords” tərəfindən buraxılan “Klarnet və zurna” erməni CD-ni göstərmək olar. Erməni plagiatının sxemi ənənəvidir: klarnet və tütəkdə ifa olunan 14 kompozisiyada ön planda erməni ifaçılarının adları çəkilir, Azərbaycanın 12 müəllif əsərindən və folklor musiqisindən ibarət kompozisiyanın mənşəyi haqqında isə heç bir məlumat verilmir. “Şərur yallısı”, “Köçəri”, “Bənövşə”, “Fuadı”, Zabul rəngi”, İbrahim Topçubaşovun “Söz olmasaydı” və başqa əsərlər bunların sırasındadır. Plagiatçılar öz “oğurluqlar”ını “Armenians Best...” ümumi adı altında, yəni ən yaxşı erməni nümunələri kimi “möhkəmləndirilir”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1324 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...