Məşəlin Bakı marşrutu açıqlandı - Bakı-2015
Bakı-2015 Avropa Oyunlarının Məşəlinin Bakıdakı marşutu açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Məşəl 12 iyun tarixində keçiriləcək Açılış Mərasimində Olimpiya Stadionuna gətirilməsindən əvvəl 7-10 iyun tarixlərində paytaxtımızın bir çox məkanlarında olacaq.
Məşəl bazar günü, iyunun 7-də yenidən qurulmuş Ağ Şəhər Bulvarına, Neftçilər Prospektinə və Bayraq Meydanına səfər etməzdən əvvəl qayıqla möhtəşəm üslubda Bakıya gətiriləcək və nəhayət Bakıda qalacağı bir gecəlik müddətdə Qız Qalasına gətiriləcək. İyunun 8-də Məşəl Bakı-2015 Avropa Oyunlarının keçiriləcəyi doqquz məkandan - Heydər Əliyev adına İdman Arenası, Milli Gimnastika Arenası, Kristal Zal, Bakı Su İdmanı Mərkəzi, Bilgəh Çimərliyi, Tofiq Bəhramov adına Stadion, Basketbol Arenası, BMX Veloparkı və Dağ Velosipedi Veloparkından keçəcək. Çərşənbə axşamı Məşəl bir çox tarixi önəmli binalara aparılaraq, UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil edilən İçərişəhərə səyahət edəcək. Buraya UNESCO-nun Azərbaycanın arxitekturasının mirvarilərindən biri kimi adlandırdığı məşhur Şirvanşahlar Sarayı daxildi.
Məşəlin növbəti səfəri çərşənbə günü, 10 iyun tarixində Bakının mədəniyyət və memarlıq obyektlərinə, məsələn, Nizami küçəsinə, Fəvvarələr Meydanına, Qış Parkına, Filarmoniya Parkına və nəhayət, Funikulyorun yuxarı hissəsində yerləşən Dağüstü Parka ediləcək. İyunun 11-də Məşəl final vaxt üçün Qız Qalasından götürüləcək və 12 iyun tarixində Açılış Mərasiminin keçiriləcəyi Olimpiya Stadionuna aparılmazdan əvvəl Xəzər dənizinin sahilində yerləşən Satko limanına aparılacaq.
Qeyd edək ki, Bakı-2015 Məşəli aprelin 26-da Atəşgah məbədində alovlandırılıb. Məşəl həmin vaxtdan etibarən Avropa Oyunları ismarıcını yayaraq və bütün əhalini təmtəraqlı yarışlar ərəfəsində cəlb edərək, Azərbaycanın bütün bölgələrinə səfər edib. Məşəl Bakıya gətirilməzdən əvvəl ölkənin 60 bğlgəsinə səfər etmiş olacaq və alov festivalı keçirilən şəhərə bir saatlıq məsafədə yerləşməklə bölgə əhalisinin 99 faizinə göstəriləcək.
1507 dəfə oxundu