Vaşinqton Azərbaycanın problemlərini eşitməməkdə israrlıdır - “The Washington Times”
Son illər ABŞ-ın müttəfiqləri ilə münasibətdə yürütdüyü xarici siyasət “zarafat edirsiniz?” silsiləsindəndir. Trend-in məlumatına əsasən, bunu Kaliforniya universitetinin professoru Norma Zaqer Amerikanın “The Washington Times” qəzetində dərc olunan məqaləsində yazır.
Zaqer digər nümunələr sırasında Azərbaycanı ABŞ-ın etibarlı və sadiq müttəfiq adlandırır. O qeyd edir ki, Vaşinqton Azərbaycanın problemlərini eşitməməkdə israrlıdır. ABŞ Azərbaycanın Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsini yerinə yetirmək, Azərbaycan ərazilərini qaytarmaq, işğalı və təcavüzü dayandırmaq üçün sonuncuya təsir etmək çağırışlarını eşitmir. Zaqer qeyd edir ki, bu gün ABŞ Rusiyanı Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırdığı halda, Azərbaycana qarşı ədalətsizliyə göz yumur: “Ermənistan tərəfdən təkrar təcavüz aktları ilə bağlı qınaqlar da yoxdur”.
Məqalədə deyilir ki, Azərbaycan son illər dəfələrlə tənqidə məruz qalıb və təəssüf ki, ölkənin vətəndaş cəmiyyəti qurmaq, yaşayışın yaxşılaşdırılmasına yönəldilmiş möhkəm və uzunmüddətli inkişaf üçün əsaslar yaratmaqla bağlı xidmətləri nadir halda etiraf edilir.
1338 dəfə oxundu