"Daha çox tələbat olan dərmanların vahid qiyməti müəyyən ediləcək" Tarif Şurası

"Daha çox tələbat olan dərmanların vahid qiyməti müəyyən ediləcək"

“Birinci növbədə daha çox tələbat olan dərmanların vahid qiymətinin müəyyən olunması nəzərdə tutulub. Təxminən 4.500 adda dərman vasitəsi dövlət qeydiyyatından keçib”. APA-nın xəbərinə görə, bunu Tarif Şurasının katibi İlkin Məcidov deyib.
İ. Məcidov bildirib ki, dərman vasitələrinin qeydiyyatı üçün Səhiyyə Nazirliyinə müraciət olunmalıdır: “Səhiyyə Nazirliyi dərmanları dövlət qeydiyyatına alır, dərmanlar dövlət reyestrinə daxil edilir. Daha sonra idxala icazə verən qeydiyyat vəsiqəsi verilir". Qeyd edək ki, iyunun 9-dan etibarən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1347 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...