Gənclər Moskvada Avropa oyunlarına belə dəstək olurlar
"Bakı-2015: Birinci Avropa Oyunları"na dəstək məqsədi ilə çimərlik voleybol turniri keçirilib
ASGA Rusiya Nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyevin verdiyi məlumata görə, turnir paytaxtın Mərkəzi Mədəniyyət Parkında baş tutub.
Turnir Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu, Azərbaycan-Slavyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyi və Gənclər Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub. Kubok uğrunda 9 komanda mübarizə aparıb. Kubokun sahibi Dövlət İdarəetmə Universitetinin komandası olub. 2 yeri Qarabağ tutub. 3 yeri iki komanda Moskva Dövlət Universiteti və RVAK bölüşüb. “ODLAR YURDU”(Azərbaycan Slavyan Gəncləri Assosiyasiyası), “VƏTƏN”, “AZERROS”, “BİRLİK” və “PƏLƏNGLƏR” komandaları da diplomla təltif olunublar.
Qeyd edək ki, Azərbaycan Mədəniyyətinin İnkişafi və İntibahı Fondunun, Azərbaycan-Slavyan Gəncləri Assosiyasiyasının və Gənclər Komitəsinin fəalları Bakıda keçiriləcək möhtəşəm idman bayramının təbliği istiqamətində bu günə kimi bir sıra tədbirlər həyata keçiriblər. Tədbir təşkilatçılarının sözlərinə görə, yarış Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-ın sədriLeyla Əliyevanın təşəbbüsü ilə “Bakı-2015″-ə həsr olunan təbliğat kampaniyasının davamıdır və “Bakı-2015″-ə dəstək layihəsi çərçivəsində baş tutub.(7News.az)
1395 dəfə oxundu