Səməd Seyidov: “AŞPA-nın sessiyasında baş vermiş hadisələr bizi ciddi düşündürür”

Səməd Seyidov: “AŞPA-nın sessiyasında baş vermiş hadisələr bizi ciddi düşündürür”

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası başa çatıb.

APA-nın sessiyanı izləyən əməkdaşının verdiyi xəbərə görə, Azərbaycanın Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sessiyanın yekunu ilə bağlı jurnalistlərə açıqlama verib.

“Bu gün AŞPA-nın yay sessiyası yekunlaşdı və son gündə Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək AŞPA-nın müşahidəçi missiyasının rəhbəri də təyin olundu. Bu ispaniyalı parlamentar cənab Hardi Çukladır. Hesab edirəm ki, AŞPA-da yedkilliklə qəbul edilmiş bu təyinat Azərbaycanda keçiriləcək seçkiləri obyektiv qiymətləndirəcək və Azərbaycana həm qısamüddətli, həm uzunmüddətli müşahidə missiyası göndəriləcək. Lakin onu da qeyd etmək istərdim ki, bu sessiyada baş vermiş hadisələr bizi ciddi düşünməyə vadar edir. Avropa Şurası ilə yalnız insan hüquqları ilə bağlı deyil, ümumiyyətlə əməkdaşlığın zəruriyyəti var, yoxsa yoxdur. Bu, ən ciddi sualdır və bu sualla sessiyadan evə dönürük” – deyə, Səməd Seyidov bildirib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1169 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...