`ASAN Xidmət` korrupsiyaya qarşı mübarizədə ən yaxşı yoldur - Səfir

`ASAN Xidmət` korrupsiyaya qarşı mübarizədə ən yaxşı yoldur -


"Bu gün dünyanın bütün ölkələrində korrupsiya mövcuddur. Ancaq Azərbaycanda “ASAN Xidmət”in yaradılması korrupsiyaya qarşı mübarizədə ən yaxşı yoldur." Bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye bildirib.

Səfir qeyd edib ki, bu qurum Fransada mövcud olan belə xidmətlərdən daha modern və daha keyfiyyətlidir: ““ASAN Xidmət”in artıq Azərbaycanın digər bölgələrində də fəaliyyət göstərməsi alqışa layiqdir. Biz artıq bu qurumla tam əlaqə yaratmışıq, hətta qərara gəlmişik ki, Fransadakı bəzi vətəndaş cəmiyyət qurumları ilə birlikdə təlimlər keçirilsin”.

Diplomat vurğulayıb ki, Azərbaycanın gördüyü işlər dünya üçün çox gözəl nümunədir: “Ölkəniz sübut etdi ki, korrupsiyaya qarşı mübarizəni inkişaf etdirmək üçün ciddi səy göstərmək lazımdır. Hətta metrolarda və şəhərdaxili nəqliyyatda yeni qaydaların tətbiq olunması aparılan mübarizənin ən bariz nümunəsidir”.
(Salamnews)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1262 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...