Dollar və qızıl bahalaşacaq

Dollar və qızıl bahalaşacaq


"Saxo Bank" Federal Ehtiyat Sistemi (FES) faiz dərəcələrinin hər an artırıla biəcəyini elan edib. Bankın ekspertlərinin fikrincə, proses çərçivəsində ən önəmli sual FES rəhbəri Canet Yellenin faizləri bir dəfə, yoxsa silsilə şəklində artıracağı ilə bağlıdır.
Onlayn aktivlərin ticarəti və investisiyalar üzrə ekspert bank kimi tanınan "Saxo Bank" hesab edir ki, ABŞ-da hazırkı iqtisadi şərait FES-in uçot dərəcəsini yüksəltməyə əsas təşkil etməsə də, təəssüf doğuracaq bu qərar hər an verilə bilər.

"Report" xəbər verir ki, "Saxo Bank"ın baş iqtisadşısı Stin Yakobsenin fikrincə, FES-in faiz dərəcələrini artırmaqla bağlı perspektivləri III rübün ən mühüm bazar hadisəsidir. S.Yakobsen faiz artımının bu il ərzində bir dəfə olacağını proqnozlaşdırır və bu halda dolların zəifləyəcəyini düşünür. Faiz artımının nəticəsi olaraq isə yenicə iqtisadi artımı sürətlənməyə başlayan ABŞ iqtisadiyyatı "beşikdəcə boğulacaq". O, faizlərin yüksəlməsi nəticəsində artacaq kapital və istehsalat xərclərinin birləşməsi səbəbi ilə Avropada iqtisadi artımının yavaşlayacağını, ABŞ-da isə neytral olacağını ehtimal edir. "Gəlir və inflyasiyanın aşağı olduğu uzun bir dövrün son mərhələsinə daxil oluruq. Ancaq hər iki göstəricidəki artım aldadıcı ola bilər. Belə ki, əsas proseslər 2016-cı ildə başlayacaq", - deyə bank rəsmisi bildirib.

Ekspert hesab edir ki, OPEC-in hasilatı artırması və ABŞ-da neft ehtiyatlarının artması neftin qiymətini aşağı salacaq. ABŞ-da faiz dərəcələrinin artımı isə qızıl bazarında alış üçün yaxşı imkanlar yarada bilər. Nəticədə, qızıl 1 275 dollar/unsiya səviyyəsinə qədər bahalaşa bilər. Qeyd edək ki, proqnozlar bank tərəfindən 2015-ci ilin III rübü üçün verilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1375 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...