Qarabağa köçən rusiyalı milyarder haqda şok iddia FOTO, AUDİO YAZI

Qarabağa köçən rusiyalı milyarder haqda şok iddia


Rusiyanın ilk milyarderlərindən biri, ölkənin ən qeyri-adi sahibkarı, məşhur fermer German Sterliqovun həbs oluna bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə tanınmış vəkil Aleksey Sklyarenko açıqlama verib. Onun sözlərinə görə, eksptremist BORN təşkilatının (Rusiya millətçilərinin döyüşkən təşkilatı) təsisçilərindən biri Nikita Tixanov vəkil Markelova və jurnalist Baburovun qətlinə görə özmürlük azadlıqdan məhrum edilib.

Rusiya mətbuatına açıqlama verən Tixanovun vəkili Sklyarenko bildirib ki, BORN təşkilatının üzvü olan Sterliqovun yuxarıda qeyd edilən cinayət işində "əli"nin olduğu sübuta yetirilərsə, milyarder 15 il azadlıqdan məhrum edilə bilər.

Qarabağa köçən rusiyalı milyarder haqda şok iddia


Ömürlük həbs edilən ekstremist Nikita Tixonov

Məsələ burasındadır ki, ömürlük həbsə məhkum edilən Tixanov polisə ifadə verərkən bildirib ki, Sterliqov ekstremistlərin fəaliyyətini maliyyələşdirir. Bundan başqa Qarabağa köçən milyarder ekstremistləri təlim döyüşləri üçün meydançalarla təmin edib.

"Bütün bu faktlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq və Sterliqov barədə qərar qəbul edəcək", - Sklyarenko deyib.
Qarabağa köçən rusiyalı milyarder haqda şok iddia

German Sterliqovun vəkili Artur Ayrapetov bəyan edib ki, bəzi qüvvələrin onun müvəkkilinə böhtan atırlar. "Sterliqov haqqında media vasitəsilə mənfi imic formalaşdırmağa çalıırlar".




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1358 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...