Azərbaycandakı radionun erməni baş redaktoru FOTOLAR

Azərbaycandakı radionun erməni baş redaktoru


Serj Sarkisyanın medal verdiyi erməni Bakıda biznes qurub.“Təəssüf ki, Azərbaycanda qanunvericilik bizə rus dilində radio işə salmağa imkan vermir”. Bunu ANS PRESS-in əməkdaşı ilə söhbətində Rusiyanın “Sputnik” radiosunun Bakıda həyata keçirdiyi layihəsinin rəhbəri Əziz Əliyev bildirir.

“Biz radio layihəsini bir çox respublikalarda həyata keçirmişik. Qazaxıstanda 4 saat qazax dilində, 4 saat rus dilində yayılırıq. Moldaviyada və Tacikistanda da həm rus, həm də yerli dillərdə verilişlər hazırlayırıq”,- deyə “Sputnik” təmsilçisi bildirir.
Adı nə qədər yeni səslənsə də “Sputnik” əslində postsovet məkanında yaxşı tanınan və 1929-cu ildən yayılan “Qolos Rossii” (Rusiyanın səsi) radiosunun varisidir.

Və hazırda Rusiya dövlətinə məxsus “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin tərkib hissəsidir. Bu informasiya agentliyi 2013-cü ilin sonunda Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə yaranıb. “Rossiya seqodnya”-nın baş direktoru isə məhşur rusiyalı jurnalist Dmitriy Kiselyov təyin olunub. Yeni qurumun fəaliyyətini şərh edən Kreml administrasiyasının rəhbəri Sergey İvanov “yeni struktur vasitəsi ilə bütün dünyaya Rusiyanın müstəgil siyasət apardığını və milli marağlarını qəti şəkildə qoruduğunu bildirmək” baxımından vacib olduğunu bildirib.
May ayından Bakıda yerli radioların biri ilə layihə başlamış “Sputnik” Azərbaycanda həm audio verilişlər hazırlayır, həm də rus və Azərbaycan dillərində portal işə salaraq xəbər yayır.


Sputnik radiosunun loqosu

“Sputnik” radiosunun Bakı buraxılışı da sırf xəbərçiliklə bağlıdır - həftənin 5 iş günü səhər saat 10.00-dan axşam saat 20.00-a qədər hər saat başı xəbər bülleteni ilə efirə çıxır. Əziz Əliyevin təbirincə, məqsədləri nə baş verdiyini insanlara çatdırmaqdır. Yəni onun sözlərinə görə, radio baş verənləri Rusiyanın baxış bucağı altında Azəraycan dinləyicilərinə çatdırır. Hökumət dairələrinə yaxın mənbələrin dediklərinə inanılarsa, yaxın zamanlarda “Sputnik” radiosu Azərbaycanın rusdilli auditoriyasına daha yaxın olacaq və rusca da xəbər bülletini ilə efirə çıxacaq.
“Sputnik”-in işə başlaması Azərbaycan hökumətinin son illərdə xarici radiolara qarşı tutduğu siyasətdə qəfil dəyişmə kimi dəyərləndirilə bilər. Məsələ bundadır ki, 2010-cu ildə Azərbaycanda "Azadlıq" radiosunun, "BBC"nin və "Amerikanın səsi" radiosunun yayımı dayandırılmışdı. Həmin vaxt bağlanan radiokanallar sırasına Rusiyaya məxsus "Yevropa plyus Baku" da daxil edilmişdi. İndi isə göründüyü kimi, yalnız rus radiosu Bakıya qayıdır.
Azərbaycandakı radionun erməni baş redaktoru


"Rossiya segodnya" beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov radio haqda danışır

Yəni bu məsələdə birtərəfli yanaşma özünü göstərir. Amma problem təkcə bununla bitmir. Məsələ bundadır ki, 31 dekabr 2013-cü il tarixdən “Sputnik”radiosunun daxil olduğu “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş redaktoru erməni əsilli jurnalist Marqarita Simonyandır. Simonyan Rusiyadakı erməni icmasının ən fəal nümayəndələrindən biridir. Ermənistan qarşısında göstərdiyi “xidmətlərə” görə 2010-cu il noyabrın 18-də Ermənistan prezidenti Serj Sarkisyan Marqarita Simonyanı “Movses Xorenasi" medalı ilə təltif edib.

Azərbaycandakı radionun erməni baş redaktoru


Margarita Simonyan


Ermənistan prezidenti S.Sarkisyan M.Simonyanı medal ilə təltif edir


35 yaşlı Marqarita Rusiayanın 100 ən nüfuzlu qadınları siyahısında 33 yerdədir

Marqarita Simonyan uydurma erməni soyqırımının ən məşhur təbliğatçılarından biridir. Bir-iki il qabaq onun Krımda yaşamış nənəsinin qohum əqrabasını Türkiyədə türklər tərəfindən necə qətl edilməsi barədə uydurduğu tvit bütün rusdilli mətbuatda yayılmışdı.
Azərbaycandakı radionun erməni baş redaktoru


M.Simonyan nənəsinin deportasiyası haqda

Yəni Marqaritanın kimliyi göz qabağındadır. Rusiya rəsmiləri ilə keçirdiyi debatlarda həmişə Qarabağ məsələsində Ermənistanın xeyrinə yönləndirici suallar verib. Əks halda, boş yerdən Sarkisyan onu mükafatlandırmazdı.

Bəlkə də, adi vəziyyət olsa idi ölkədə fəaliyyət göstərən hansısa radionun baş redaktorunun erməni olmasının elə də bir əhəmiyyəti olmazdı. Amma Ermənistanla müharibə şəraitində olduğumuz, torpaqlarımızın 20 faizinin Ermənistan ordusu tərəfindən işğal olunduğu, 1 milyon azərbaycanlının həmin ordu tərəfindən ev eşiyindən didərgin salındığı bir şəraitdə Serj Sarkisyanın mükafatlandırdığı bir şəxsə Bakıda necə şərait yaratmaq olar?


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1433 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...