ABŞ separatçı Dağlıq Qarabağ rejiminə yenə pul ayırır

ABŞ separatçı Dağlıq Qarabağ rejiminə yenə pul ayırır


ABŞ Senatının Təsisatlar Komitəsi 2016-cı maliyyə ili üçün xarici yardım layihəsini təsdiq edib. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, 2016-ci ildə ABŞ Azərbaycan və Ermənistana xarici hərbi maliyyələşdirmə xətti ilə 1,7 mln dollar həcmində hərbi yardım edəcək. Bundan əlavə, 600 min dollar isə Beynəlxalq hərbi təhsil-təlim xətti ilə ayrılacağı gözlənilir.
Qeyri-hərbi yardım qismində Azərbaycana 8,8 milyon ABŞ dolları, Gürcüstana 54 milyon, Ermənistana isə 20,1 milyon dollar ayrılması planlaşdırılır.

Senat, həmçinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisi olan Dağlıq Qarabağa da əvvəlki illərdəki həcmdə yardım ayrılmasını tövsiyə edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1169 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...