Azərbaycanda halal restoranlar yaradıla bilər

Azərbaycanda halal restoranlar yaradıla bilər


Dövlət komitəsi bununla bağlı sertifikatlaşdırma qaydalarını və tələblərini müəyyənləşdirib

Azərbaycanda halal sertifikatlaşdırma orqanlarına və halal sertifikatlaşdırma fəaliyyətlərinə olan tələblər müəyyənləşib.

APA-nın məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qərarı ilə təsdiqlənən “AZS 731-2-2015 (OIC/SMIIC 2:2011) Halal sertifikatlaşdırmanı həyata keçirən orqanlar üçün rəhbəredici sənəd” dövlət standartına əsasən halal sertifikatlaşdırma orqanı qeyri dövlət və ya dövlət təşkilatı ola bilər.

Halal sertifikatlaşdırma orqanı istehsala nəzarət, qiymətləndirmə və təchizatçının idarəetmə sisteminə nəzarət qismində sınaq növü və ya yoxlama, bazardan və ya tədarükçünün anbarından və ya hər ikisinin birləşməsindən götürülən nümunələrin müayinəsi və ya sınağı, yeni olub və ya artıq istifadə olunan hər məsulun və ya xüsusi məhsulun müayinəsi və ya sınağı, partiyalarla sınaq və ya yoxlama, layihənin qiymətləndirilməsini təşkil edə bilər.

Halal sertifikatlaşdırma orqanı audit və sertifikatlaşdırma fəaliyyətləri ilə məşğul olan bütün kadrların texniki səriştəliliyi və İslam dəyərlərinə əməl edən müsəlmanlar olmasını təmin etməlidir. Halal sertifikatlaşdırma orqanı tərəfindən audit və sertifikatlaşdırmanın yerinə yetirilməsini səmərəli və bərabər olmasını təmin etməkdən ötrü heyətin səriştəliliyi üçün minimum müvafiq meyarlar müəyyənləşdirilməlidir. Sertifikatlaşdırma qərarını verən heyət minimum üç şəxsdən təşkil edilməlidir və onlardan ən azı biri İslam məsələləri üzrə ekspert olmalıdır. Qərarlar səs çoxluğu ilə deyil, yekdilliklə qəbul olunmalıdır. Halal sertifikatlaşdırma orqanı təmin etməlidir ki, sertifikatlaşmanı verən heyət OİC/SMİİC-in halal sertifikatlaşdırma üçün cari prinsipləri, halal sertifikatlaşdırma ilə bağlı İslam qaydaları, müvafiq idarəetmə sistemlərinin cari prinsipləri və anlayışları, halal tələblər üçün risklərin eyniləşdirilməsi və qiymətləndirilməsi, xüsusilə, İslam qaydalarına əsasən heyvanların kəsilməsi və OİC/SMİİC-in standartının tələbləri və rəhbəredici göstərişlərinin yaxşı anlaşılması sahələrində bilik və bacarığını tətbiq etmək qabiliyyətini nümayiş etdirsin.

Halal sertifikasiya orqanı halal sertifikasiya üzrə audit komandasının auditləri tərəfindən tələb olunan xüsusi sektorda səlahiyyətlərinin olduğuna zəmanət verməlidir. Audit komandası ən azı 2 heyətdən ibarət olmalıdır. Onlardan biri texniki auditor və digəri isə İslami məsələlər üzrə ekspert kimi fəaliyyət göstərməlidir. Halal sertifikatlaşdırma texniki auditorları halal sertifikatlaşma ilə bağlı İslam qaydalarının müvafiq biliklərə malik olmalıdır və OİC/SMİİC-in halal sertifikatlaşma sənədləri və spesifikasiyalarının öyrənilməsi və texniki sənədləşmə təlimi almalıdır. Halal sertifikatlaşdırma orqanı təmin etməlidir ki, texniki auditorların halal sertifikatlaşdırma auditləri aparmaları üçün ali və ya sənaye kateqoriyası ilə bağlı müvafiq xüsusi təhsili olsun. Texniki auditor müvafiq sənayedə minimum 5 il iş təcrübəsinə, o cümlədən son 2 ili keyfiyyət təminatı sahəsində iş təcrübəsinə malik olmalıdır. Əgər auditor müvafiq xüsusi təhsil alibsa, ümumi iş təcrübəsinin cəmindən 1 il azaldıla bilər.

Texniki ekspertlərə gəlincə, halal sertifikasiya orqanı təmin etməlidir ki, texniki ekspertlərin texniki sahələrində ən azı 4 il iş təcrübəsi olsun. Halal sertifikasiya orqanı İslami məsələlər üzrə ekspertlərin halal sertifikasiya sahəsi ilə bağlı ən azı 4 il iş təcrübəsinin olduğuna zəmanət verməlidir. Halal nişanı bütün sertifikatlaşdırılmış halal məhsulların üzərində aydın çap edilməlidir və hər bir qutu/bağlama üzərində etiketlənməlidir. Halal nişan/sertifikat yalnız sertifakatlandırılmış restoranların girişinə qoyulmalıdır. Sertifikat sahibi çərçivələnmiş halal sertifikatı təzələmək hüququna malik deyil, sertifikat və yaxud sınaq məruzələrini başqa dillərə halal sertifikat orqanının nəzarəti və razılığı olmadan tərcümə edə bilməz.


Halal sertifikat üç il müddətinə etibarlıdır, halal standartına və tələblərinə zidd olduğu aşkarlanarsa, sertifikatlaşma dayandırılmalı və ya ləğv olunmalıdır. Halal sertifikat sahibləri (sertifikatlaşdırılmış təşkilatlar) cari halal sertifikatının vaxtının bitməsinə 6 ay qalmış təkrar sertifikat və ya sertifikatın yenilənməsi haqqında ərizə təqdim etməlidirlər. Sertifikatı yenilənməmiş halal sertifikat sahiblərinə müəyyən obyektlərdə və ya istehsal olunan məhsullarda halal əmtəə nişanından istifadə edilməsinə icazə verilmir.

Halal sertifikatlaşdırma xidmətləri ilə bağlı müraciət və şikayətlərə dair ərizələr halal sertifikatlaşdırma orqanlarına təqdim olunur. Bu müraciət və şikayətlərə baxılması, məsələlərin həlli ilə məşğul olan və bununla bağlı müvafiq tərəflərə məlumat verməyə məsul komitə (qurum) yaradılır. Komitənin üzvləri şikayət və müraciətlərin mövzusu ilə əlaqədar halal sertifikatlaşdırma ilə bağlı məsələlərin həllində müstəqil olmalıdır. Komitə biri islam dini üzrə mütəxəssis olmaqla, ən azı 3 nəfərdən ibarətdir. Müraciətlə bağlı qərarlar səs çoxluğu ilə yekdilliklə qəbul edilir. Halal məhsullarla əlaqədar istehlakçı tərəfindən edilən şikayətlər lazımi araşdırmalar aparmağa məsul halal sertifikatlaşdırma orqanları tərəfindən baxılır, qiymətləndirilir. Qiymətləndirmə nəticəsində şikayət əsaslandırılmalı, sertifikat sahibi müqavilə şərtlərinə əsasən vurulmuş zərərin əvəzini ödəməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1156 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...