"Sovetski" sakinlərinə ev təklif edildi

"Sovetski" sakinlərinə ev təklif edildi


Bakının “Sovetski” adlanan ərazisində (Nərimanov prospekti və ona bitişik küçələr) yaşayan və köçürülməsi planlaşdırılan bəzi sakinlərə ev veriləcək. Yasamal rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, yaşadığı mənzilin sahəsi 25 kvadrat metrdən az olan sakinlərin ərazidən köçürülməsi üçün onlara kompensasiya deyil, ev veriləcək.

İcra hakimiyyəti belə sakinlərin sayını və mənzillərin nə zaman veriləcəyini açıqlamayıb.

Xatırladaq ki, adıçəkilən ərazidə söküntü işləri paytaxtın yaşıllaşdırılması məqsədilə aparılır. Orada meşə-park zonası salınacaq və mövcud nəqliyyat sıxlığının azaldılması məqsədilə bir neçə avtomobil yolu tikiləcək. Sakinlərə yaşayış sahəsinin bir kvadrat metri üçün 1500 manat həcmində kompensasiya verilir. Yardımçı tikililər üçün kompensasiyaların məbləği isə təxminən 750-800 manatdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1351 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...