Özünü FHN-in polkovniki kimi təqdim edib Türkiyədə mükafat aldı – FOTOLAR

Özünü FHN-in polkovniki kimi təqdim edib Türkiyədə mükafat aldı –

Türkiyədə Marmaris bələdiyyəsinin mükafatlandırdığı şəxs (Rasim Əhmədli) Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşı deyil.

Gundeminfo.az xəbər verir ki, bunu oxu.az-ın sorğusuna cavab olaraq FHN-nin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edək ki, Marmaris bələdiyyəsi özünü Azərbaycandan olan, polkovnik rütbəli yanğınsöndürən kimi təqdim edən şəxsi mükafatlandırıb.

Yayılan məlumatda bildirilir ki, bələdiyyə həmin şəxsi bu ilin yayında Türkiyədə baş verən meşə yanğınlarındakı xidmətlərinə görə mükafatlandırıb.

Bu məlumat Türkiyə mətbuatında qalmaqallı xəbər kimi işıqlandırılıb.

Ancaq həmin şəxsin FHN sisteminə bağlılığı yoxdur.

Onun əynində xüsusi təyinatlı qüvvələrin səhra geyimi var. Qoluna isə hərbi nizamnamədə nəzərdə tutulmayan qaydada şevronlar taxılıb.

Çiynindəki paqon isə səhra geyim formasına uyğun deyil.

Özünü FHN-in polkovniki kimi təqdim edib Türkiyədə mükafat aldı –
Özünü FHN-in polkovniki kimi təqdim edib Türkiyədə mükafat aldı –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
781 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...